Lukaşenko narahatdır: Vəziyyətimiz ağırdır

 

Belarus ətrafında yaranmış vəziyyət heç vaxt olmadığı qədər çətinləşib.

Demokratikmusavat.com ” “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Alkesandr Lukaşenko sərhədçilərlə görüşündə deyib.

“Fikrimcə, bu ilin özəlliyi ondan ibarətdir ki, Belarus ətrafında yaranmış hərbi-siyasi və iqtisadi vəziyyət heç vaxt olmadığı qədər sadə deyil. Bugünkü görüşümüzün özəlliyi də budur”, - Belarus lideri 2023-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiq edilməsinə həsr olunmuş tədbirdə deyib.

O, vəziyyətin sürətlə dəyişdiyini, dinamikanın çox böyük olduğunu vurğulayıb.

Ukrayna artıq Belarusdan gözlənilən təhlükə ilə bağlı Belarusla sərhədə 17,2 min hərbçi yerləşdirib.

Mürtəza
Demokratikmusavat.com

0.15303587913513