Ukrayna münaqişəsinin taleyi həll olur, həlledici mərhələ başlayır - Şarl Mişel

 

Ukraynadakı münaqişə dönüş nöqtəsindədir və Avropa ittifaqının (Aİ) gələcəyi növbəti iki-üç həftənin nəticəsindən asılıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “Mundo” qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Şarl Mişel deyib. 

“2023-cü ildə baş verənlər və gələcəyimizi müəyyənləşdirəcək. Hadisənin çoxu yaxın bir neçə həftədən asılıdır”, - o deyib.

Mişel qeyd edib ki, Avropa İttifaqı çox qısa müddətdə bir sıra çox mühüm qərarlar qəbul etməli olacaq. 

“Biz Ukraynanın tərəfində durmalı və onlara bütün lazımi dəstəyi verməliyik. Biz onları ruhdan sala bilmərik”, - deyə o vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.95727515220642