Nazirlik tarixi binaya 2 mərtəbə artırılması ilə bağlı yazılanlara münasibət bildirdi

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ikimərtəbəli tarixi binalara müdaxilə edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq bildirilib ki, 22 yanvar 2023-cü il tarixində Şahbaz Xudoğlunun “facebook” sosial hesabında paylaşdığı Təbriz Xəlilbəyli və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən binalar daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil.

"Paylaşılan fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir ki, həmin binaya da heç bir müdaxilə edilməyib"- məlumatda qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsindəki tarixi ikimərtəbəli binaların üstündə daha iki mərtəbə tikilib, eyvan artırılması barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza qeyd edilən ünvandakı yaşayış binasına edilmiş müdaxilənin yeni olmadığı bildirilib.

Billurə Yunus

0.15615701675415