Rusiya Estoniya səfirini ölkədən qovdu

 

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı endirir.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Estoniyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb və ona Estoniya hakimiyyətinin atdığı addımlarla bağlı kəskin etiraz edilib. Həmçinin səfirə fevralın 7-dək ölkəni tərk etməsi barədə sənəd imzaladılıb.

Rusiya XİN-dən bildirilib ki, ikitərəfli münasibətlərin bu şəkildə inkişafı ilə bağlı bütün məsuliyyət Estoniyanın üzərinə düşür. Rusiya Federasiyası Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcək.

0.1661810874939