“Əqrəb mövsümü”nün büdcəsi nə qədərdir? - "Sizi qane etmək olmur..."

 

“Qohumum, tanışım və ya dostum deyil. “Əqrəb mövsümü” serialının büdcəsindən bəziləri elə ağız dolusu yazıblar ki, elə bil xaricdəki kimi milyonlar xərclənib. 12 bölümlük serialın ümumi büdcəsi 180 min manatdır (bildiyimə görə). Xaricdə aktyor bu pula heç yerindən durmaz". 

Demokratikmusavat.com xəbər verir ki, bunu müğənni Nura Suri feysbuk hesabında paylaşıb.

"Adam “Pərdə” filmini çəkəndə büdcəsi var idi? Hamı serialdan yazdığından daha çox yazırdı “Pərdə” filmi haqda. Nə isə… Sizi qane etmək olmur. Adam istedaddır, qədrini bilin. Milyonluq büdcəli işlər verin yaratsın”, - deyə, Suri bildirib.

Qeyd edək ki, sözügedən serial yazıçı Ceyhun Hidayətlinin ”Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Ekran işinin rejissoru Emil Quliyevdir.  “Əqrəb mövsümü” serialının əsas aktyor heyəti "Pərdə" filmində rol alan sənətçilərdən ibarətdir.

0.063615083694458