Paralel.az " xəbər verir ..."> Paralel.az " xəbər verir ...">

Almaniya Ukraynaya "Leopard 2"ləri verə bilər

 

Almaniya Bundesverin ehtiyatlarından Ukraynaya 19 "Leopard 2" döyüş tankı verə bilər.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yayının əvvəlindən Almaniya Müdafiə Nazirliyində "Leopard" tanklarının müxtəlif modellərinin ətraflı siyahısı var.

“Der Spiegel”ə görə, Bundesverdə ümumilikdə müxtəlif modelli 312 "Leopard 2" tankı var. Ötən ilin may ayında 99-da təmir işləri aparılıb, biri isə istismardan çıxarılıb.

Bu tanklar döyüş təlimləri və manevrlər zamanı düşmən tanklarını simulyasiya etmək üçün istifadə olunur.

0.14890193939209