Misir Tripoli iclasında iştirakdan imtina edib

 

Misir Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdel Həmid Dbeybının təşəbbüsü ilə yanvarın 22-də Tripolidə keçiriləcək ərəb xarici işlər nazirlərinin iclasında iştirak etməyəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Əl Qahirə-24” Qahirədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Misir də bir çox ərəb ölkələri kimi görüşdə iştirakdan imtina edib.

“Xüsusən də yeganə qanuni nazirlər kabineti olan Liviya Parlamentinin təsdiq etdiyi hökumətin ölkədəki fəaliyyəti kontekstində Misirin bu qərarı ərəb dövlətlərinin Liviya böhranı ilə bağlı mövqeyini birləşdirməyə yönəlib”, - deyə bəyanatda bildirilir.

Elvin

Demokratikmusavat.com

0.14023995399475