Türkiyə polisi ölkənin cənub-şərqində Qaziantep əyalətində "İslam Dövləti" qruplaşmasının liderlərindən birini saxlayıb,
Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Yalnız H.A.-nın baş hərfləri ilə tanıdılan terrorçu “Raqqa Təhlükəsizlik Əmiri” və “Ninova qubernatoru” adlandırılan terrorçudur", - nəşr yazır.
Onun nəzarətə götürüldüyü bildirilir.
Bundan əvvəl İstanbulda terror aktı hazırlayan yaraqlıların tutulması barədə məlumat yayılmışdı.