Qırğızıstan Prezidenti xalqdan üzr istədi

 

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kəsilməsinə və bununla bağlı yaranan narahatlığa görə Qırğızıstan xalqından üzr istəyib.

Demokratikmusavat.com xəbər verir ki, Sadır Japarov ölkə ərazisində müşayiət olunan şaxtalı hava şəraiti ilə əlaqədar elektrik enerjisinin sərfiyyatının artdığını qeyd edib.

“Avadanlıqları qoruyub saxlamaq və qəzaların qarşısını almaq üçün elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. Allahın köməyi ilə qışdan itkilərsiz çıxacağıq. Baş vermiş narahatlıqla əlaqədar əhalidən üzr istəyirik” - deyə Qırğız Respublikasının Prezidenti vurğulayıb.

0.18781805038452