Hollandiya Ukraynaya “Patriot” qurğusu və 100 zenit silahı verəcək

 

Hollandiya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün iki buraxılış qurğusu verəcək. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren və xarici işlər naziri Vopke Hökstranın yanvarın 20-də Nümayəndələr Palatasına göndərdiyi məktubda deyilir.
Sənədə əsasən, Hollandiya hökuməti Ukraynaya iki buraxılış qurğusu və bir sıra raketlərin onlara verilməsi barədə qərarını parlamentə çatdırır. 

Məlumata görə, Hollandiyada dörd Patriot sistemi olsa da, üçü xidmətdədir, biri isə ehtiyatdadır. 

Məktubda həmçinin bildirilir ki, Hollandiya dəniz piyadaları yanvar-aprel ayları arasında 400 Ukrayna əsgərinə təlim keçəcək. 
Bundan başqa, sənəddə bildirilir ki, Hollandiya Çexiya ilə birlikdə Ukraynaya kommersiya əsasında alınmış 100 zenit silahı verəcək. 

Məktubda o da qeyd olunub ki, Hollandiya hökuməti 2023-cü ilin əvvəlinə qədər Ukraynaya hərbi və humanitar yardım üçün 2,5 milyard avro ayırıb. 

Mürtəza
Demokratikmusavat.com

0.85033202171326