Təhlükəsizlik kəməri taxmadığına görə 620 dollar cərimələndi

 

Böyük Britaniyanın baş naziri Rişi Sunak hərəkətdə olan avtomobildə təhlükəsizlik kəmərini çıxardığına görə cəzalandırılıb. 

Demokratikmusavat.com ” xəbər verir ki, polisin açıqlamasına əsasən baş nazir Sunak Lançare (Lancashire) əyalətində hərəkət edən avtomobildə təhlükəsizlik kəməri taxmadığına görə sabit cəza bildirişi verilib. 

 Lakin açıqlamada Sunakın ödəməli olduğu cəzanın məbləği ilə bağlı məlumat verilməyib.
Buna görə Sunak ölkədə təhlükəsizlik kəməri taxmadığına görə maksimum cəza olan 500  funt-sterlinqi (620 dollar) 28 gün ərzində ödəməlidir.

Baş nazir Rişi Sunakın İngiltərənin şimal-qərbinə səfəri zamanı rəsmi avtomobilinin arxasından İnstaqramda yerləşdirmək üçün çəkdiyi video tənqid olunub.

Sunak  artıq hərəkətdə olan avtomobildə sosial şəbəkədə video çəkmək üçün təhlükəsizlik kəmərini çıxardığı üçün üzr istəyib.

Demokratikmusavat.com

0.14857196807861