"Vaqner"lə bağlı açıqlama gəldi 

 

Yevgeni Priqojinin rəhbərlik etdiyi rus muzdlu “vaqner” dəstəsi ABŞ Maliyyə Nazirliyi tərəfindən “mütəşəkkil beynəlxalq cinayət təşkilatı” kimi tanınacaq və ciddi sanksiyalar tətbiq ediləcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib ki, Kirbi “Vaqner”in hazırda Ukraynada 50000 döyüşçünün olduğunu və bu sahədə mərkəzi rol oynamağa başladığını bildirib.

“Vaqner” qrupunun Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə də fikir ayrılıqları olduğu barədə məlumatlara sahib olduqlarını ifadə edən Kirbi, Rusiyanın özünə tətbiq etdiyi sanksiyalara görə silah almaq üçün müxtəlif ölkələrə üz tutduğunu bildirib.

Kirbi bu çərçivədə Rusiyanın Ukraynada istifadə etmək üçün Şimali Koreyadan silah aldığı raketlərin və silahları daşıyan vaqonların peyk fotolarını paylaşıb.

Kirbi əlavə edib ki, bu səbəbdən də “Vaqner”ə qarşı daha çox sanksiya tətbiq ediləcək.

Demokratikmusavat.com

0.36741304397583