Moskvada SOS hücum həyəcanı - FOTO

 

Dövlət binalarının üzərinə Pantsir-S hava hücumundan müdafiə sistemləri quraşdırılıb.

Rusiya rəhbərliyi  Moskvaya  hava zərbələrinin qarşısını almaq məqsədi ilə xüsusi əhəmiyyətli dövlət binalarının, o cümlədən Müdafiə nazirliyinin damına zenit-raket kompleksləri quraşıdırıb.

Demokratikmusavat.com ” xəbər  verir ki, dövlət binalarının üzərində zenit-raket komplekslərinin  quraşdırılmasına aydınlıq gətirən prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, bu mənim səlahiyyətimə aid olan məsələ deyil. “Bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz. Onlar ümumilikdə ölkənin, xüsusən də paytaxtın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdirlər”, - Peskov bildirib. 

Pantsir-S1 zenit-raket və silah sistemi tırtıllı və ya təkərli şassiyə, qoşquya yerləşdirilə və ya daimi olaraq quraşdırıla bilər.

Kompleks kiçik obyektləri həm insan, həm də pilotsuz hava hücumlarından qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, kompleks yüngül zirehli yerüstü hədəflərlə, eləcə də düşmənin canlı qüvvəsi ilə mübarizə aparmağa qadirdir.

Mürtəza
Demokratikmusavat.com

0.14973402023315