"Həyat hekayəm güllə səsi altında başlayıb"

 

Aparıcı Jalə Həsənli sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Demokratikmusavat.com xəbər verir ki, 1990-cı il 20 Yanvar günü dünyaya gəldiyini bildirən aparıcı 33 yaşı tamam olduğunu vurğulayıb:

"Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam. Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!".

0.15621590614319