Bakıda sərxoş halda atasını döyüb öldürən şəxs həbs edilib

 

Bakıda atasını öldürən şəxs barəsində cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, hadisəni törədən Azər İbrahimov həbs edilib. Onun barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq aparılır.

Araşdırmalar davam edir.

Qeyd edək ki, bu il yanvarın 8-də saat 20 radələrində İbrahimov Azər İbrahim oğlu orta dərəcəli sərxoşluq vəziyyətində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evdə atası İbrahimli İbrahim Mirzə oğlu ilə aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə onun bədəninin və başının müxtəlif nahiyələrindən vuraraq qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib. İbrahimli İbrahim Mirzə oğlu yanvarın 12-də müalicə aldığı tibb müəssisəsində ölüb.

0.14066505432129