Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda likvidliyin azaldılması məqsədilə not buraxılışını artırmağa davam edib və noyabrda not portfeli 30% artaraq pul bazasının 8%-nə çatıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycan üzrə aylıq hesabatında qeyd olunub.
Məlumata görə, oktyabrda illik inflyasiya 15,6% səviyyəsində sabitləşib ki, bu da Mərkəzi Bankın (4+/-2 %) hədəfindən xeyli yüksəkdir. Aylıq istehlak qiymətləri indeksi oktyabrda 1,6% artıb və bu, sentyabrdakı artım tempindən 1,8% bəndi azdır.
"İnflyasiyanın səviyyəsi geniş əsaslı olub, ərzaq inflyasiyası isə 2,2%-ə qədər azalıb. Qeyri-ərzaq və xidmət sahələrində də inflyasiya yavaşlayıb, müvafiq olaraq 1,3% və 0,9% artıb", - Dünya Bankı qeyd edib.