Zelenski Medvedçuku vətəndaşlıqdan çıxarıb

 

Ukraynanın xalq deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçukun vətəndaşlığı əlindən alınıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.

Dövlət başçısı daha 3 deputat – Andriy Derkaç, Taras Kozak, Renat Kuzminin də Ukrayna vətəndaşlığından çıxardığını vurğulayıb.

“Əgər xalqın seçdikləri Ukrayna xalqı yerinə Ukraynaya gələn qatillərə xidməti seçirlərsə, hərəkətlərimiz də buna uyğun olacaq”, - ölkə lideri qeyd edib.

0.40176892280579