Vətəndaşlar kredit tarixçələrinə buradan baxa biləcək

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamındakı Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə qurumun Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və istifadəyə verilib.

Demokratikmusavat.com  AMB-yə istinadən xəbər verir ki, vətəndaşlar istənilən vaxt yeni yaradılmış səhifəyə “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

 

0.21712398529053