Ana 7 yaşlı oğlunu bıçaqladı

 

Rusiyanının Kolomenski mikrorayonunda sərxoş ana öz oğluna bıçaqla hücum edib, uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yerli sakinlər təcili yardım və polis çağırıblar. Həkimlər mənzildə mədə nahiyəsindən bıçaq xəsarəti alan yeddi yaşlı uşaq tapıblar.

İlkin məlumata görə, sərxoş ana uşağa bıçaqla hücum edib.

Qonşuların dediyinə görə, ailə artıq onlara xeyli problem yaradıb. Yerli sakinlər mənzildən uşaqların davamlı qışqırmasından və ağlamasından şikayətləniblər. Valideynlər spirtli içki aludəçisidir.

Vəziyyəti ağır olan yaralı uşaq Moskva Regional Elmi-Tədqiqat Klinik İnstitutunun xəstəxanasına yerləşdirilib, əməliyyatı uğurla keçib. Kiçik uşaqlar qəyyumluq orqanları əməkdaşları tərəfindən ailədən götürülüb. (publika)

0.14688611030579