Ukraynalı diplomat: "Tiflis bu xahişimizi yerinə yetirmədi"

 

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Tiflisin 2008-ci ildə aldığı "Buk" zenit-raket kompleksini Kiyevə qaytarmaqdan imtina etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə dipolmat “Evropeyskoy pravda”da dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi əməliyyatı başlayandan Kiyev ardıcıl olaraq digər ölkələrə, o cümlədən Gürcüstana hərbi yardım üçün müraciətlər göndərib.

Ukrayna tərəfi Gürcüstandan “Buk” və Amerikanın “Javelin” tank əleyhinə sistemlərinin təhvil verilməsini xahiş edib.

Kasyanov əlavə edib ki, Tiflis Kiyevə hərbi yardım göstərməyə razı olmayıb.

Diplomat həmçinin bildirib ki, Kiyev bu məsələnin daxili siyasi mübahisələrdə istifadə olunmasının əleyhinədir.

0.1159839630127