Tanınmış aktyorun ulu babası Türkiyədə konsul olub - FOTO

 

"Sherlock Holmes", "Doktor Strange" kimi obrazlara həyat verən məşhur aktyor Benedikt Kamberbetçlə bağlı yeni fakt ortaya çıxıb. 

Demokratikmusavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, aktyorun babasının atasınn İzmirdə yaşadığı və orada konsul vəzifəsini icar etdiyi məlum olub. 

Bu barədə İzmirdə yaşayan Böyük Britaniyalı Endryu Sayms araşdırma aparıb. Onun sözlərinə görə, Kamberbetç ailəsinə aid qəbirlərdən biri İzmirin Buca bölgəsində tapılıb.

358689

Benedikt Kamberbetç ulu babası Robert Uilliam Kamberbetçin 1864-cü ildə İzmirə konsul olaraq göndərildiyi və Bucada yaşadığı bildirilib.

 

Məlumatlara əsasən, Uilliam qardaşı Robert Karlton Kamberbetç qəbri də İzmirdədir. 

 

358691

 Özü ilə bağlı bunları öyrənən məşhur aktyor Benediktin yaxın zamanlarda İzmirə gəlib Bucada yaxınlarının qəbrini ziyarət edəcəyi deyilib. 

 

0.12288904190063