Makron müəllimi ilə yaşadığı eşqi belə müdafiə etdi: "Seçim sizin olmur"

 

Fransa prezidenti Emmanuel Makron eşq həyatı ilə bağlı tənqidlərə münasibət bildirib.

Demokratikmusavat.com xəbər verir ki, autizmli uşaqlarla bağlı tədbirə qatılan fransa lideri ona ünvanlanan sualları kağızdan oxuyaraq cavablandırıb.

Adrien adlı jurnalistin onun haqqında yazdığı şərhi ucadan oxuyan Makron verdiyi cavabla təəccübləndirib.

Belə ki, jurnalist Makrona “Prezident nümunə olmalı və müəllimi ilə evlənməməlidir” sözlərini yazıb.
Fransa prezidenti isə cavabında “məsələ nümunə olub-olmamaq deyil. Aşiq olanda seçim sizin deyil” cavabını verib.

Fransa lideri özündən 24 yaş böyük həyat yoldaşı Bricitin sadəcə teatrda ona dərs dediyini bildirib:
“O, əslində mənim müəllimim deyildi, sadəcə teatr müəllimim idi. Bu, tam olaraq eyni şey deyil", -deyə Makron gülərək söyləyib.

"Sevginin əsas prinsipi hər şeyi mümkün etməsidir. Aşiq olduğun insanın səninlə eyni yaşda olması yazılı qayda deyil. Bu, səndən çox güclü və sənin sərhədlərini aşan bir şeydir”,- Fransa lideri əlavə edib.

Billurə

 

0.14152121543884