32 yaşlı qadın Xroniki Yorğunluq Sindromundan öldü - FOTO

 

İngiltərənin Derbişir bölgəsində yaşayan 32 yaşlı qadın Xroniki Yorğunluq Sindromundan vəfat edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə vəfat edən Kara Ceyn Spenserin ailəsi məlumat yayıb.

Qeyd edək ki, Kara Ceyn Spenserə hələ 16 yaşı olanda Xroniki Yorğunluq Sindromu, yəni mialgik ensefalomielit (ME) diaqnozu qoyulub.
Xəstəliyinə baxmayaraq Spenser xəyallarından əl çəkməyib. O, 2012-ci ildə universiteti bitirib. Bakalavr təhsili dövründə məktəbdə əlilliyi olan şagirdlər üçün maarifləndirmə tədbirləri və ianə kampaniyaları təşkil edib. Kara həmçinin dostlarının köməyi ilə çarpayısından bir-bir vokal yazıb. O, bir neçə il əvvəl doqquz trekdən ibarət "It's Still ME" albomunu çıxarmağa nail olub. Yardımsevər gənc qadın albomdan qazandığı piulları xəstəliklə mübarizə aparan dərnəklərə ianə edib.

Xatırladaq ki, Mialgik ensefalomielit (ME), yəni Xroniki Yorğunluq Sindromu zamanı Xəstə ilk vaxtlarda gündəlik işini yerinə yetirməkdə çətinlik çəkir və yuxu pozğunluğu müşahidə edilir. Semptomlar getdikcə pisləşir.
Xəstəliyə daha çox 30-50 yaş aralığındakı qadınlarda rast gəlinir. Xəstəliyin dəqiq səbəbi bilinməsə də, təsdiqlənmiş diaqnostik test olmadığı üçün diaqnoz xəstənin simptomlarına əsaslanır.

Həkimlər altı aydan çox davam edən yorğunluqla yanaşı yaddaş və diqqət problemləri, təkrarlanan boğaz ağrıları, əzələ ağrıları, yuxu pozğunluğu, limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə edildikdə diaqnoz qoya bilərlər.

Xəstəliyə qarşı mübarizə aparmaq üçün tək bir müalicə növü yoxdur, lakin həyat tərzi dəyişiklikləri xəstələrə müsbət təsir göstərə bilər.

Fidan

0.18775391578674