Səhər saat 06.00-dan 11.30-a qədər "Azəristiliktəchizat" ASC-nin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub.
Qurumdan Demokratikmusavat.com a verilən məlunata görə, müraciətlər daha çox Nizami rayonundan daxil olub:
"Çünki Nizami rayonunda istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Qurum əməkdaşları hadisə yerinə gedib və yaxın saatlarda istilik bərpa olunacaq", - deyə açıqlamada bildirilib.
Digər ərazilərdən isə əvvəlki günlərdəki qədər müraciət daxil olduğunu deyən "Azəristiliktəchizat" ASC gücləndirilmiş iş şəraitində çalışdıqlarını əlavə edib: "Qrafikə uyğun olaraq istiliyin verilməsində ciddi problem yoxdur".
Demokratikmusavat.com