Oğul cinayət suçlusu, ata AMEA-nın prezidenti - Azərbaycan gerçəkliyi

 

Səhhət Həbibbəyli Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edərkən cinayətlər törədiyi aşkarlanıb.

Artıq Azərbaycan hakimiyyətində uzun zaman ailəlikcə təmsil olunma tendensiyası özünün acı bəhrələrini verir.

Ailəlikcə hakimiyyətin müxtəlif qollarında təmsil olunaraq, rüşvət və korrupsiya ilə məşğul olan ailələrdən birinin də AMEA-nın prezidenti İsa Həbibbəylinin ailəsi olduğu aşkarlandı.

Vasif Talıbov klanının Naxçıvanda cinayət əməllərinin fəal icraçısından biri də Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət İsa oğlu Həbibbəyli DTX tərəfindən keçirilmiş əməliyyat nəticəsində rüşvətxorluq və korrupsiya əməlində ifşa olunub və barəsində həbs qərarı qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti İsa Həbibbəylinin digər ailə üzvləri və qohumlarının da müxtəlif dövlət orqanlarında yüksək vəzifə tutduqları barədə mediada geniş materiallar dərc olunub.

Xalq və cəmiyyət üçün çox maraqlı, həm də acı həqiqət kimi təəssüf doğuran hal odur ki, övladları, ailə üzvləri dövləti cinayət törətməkdə suçlu sayılan İsa Həbibbəyli ərizə yazıb vəzifəsini tərk etmək əvəzinə, hələ də AMEA kimi nüfuzlu elm mərkəzinin prezidenti vəzifəsini icra etməyə davam edir!

Təəssüflə qeyd edək ki, bu, Azərbaycanda şahid olduğumuz birinci əsrarəngiz hadisə deyil. Bu tip anormal halları bundan sonra da seyr etməyəcəyimizə hələlik heç bir zəmanət yoxdur.

0.12835216522217