"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB

 

"Qarabağ" Azərbaycan Premyer Liqasında "Neftçi"ni məğlub edib.

Mövsümün ilk derbisi VII turda baş tutub.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0.

"Neftçi"dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "köhlən atlar" liderliyə yüksəlib. "Ağ-qaralar" 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i məğlub edib - 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.

***

Azərbaycan Premyer Liqasının VII turunun "Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.

Ağdam təmsilçisi fasiləyə inamlı üstünlüklə yollanıb - 3:0.

Son olaraq 45+3-cü dəqiqədə Yassin Benzia paytaxt klubunu məyus edib.

***

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

Demokratikmusavat.com xəbər verir ki, matç saat 20:00-da start götürüb.

Görüşü FIFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

 

0.38656997680664