Xəstəxanadan çıxan Xalq artistindən açıqlama

 
Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.
 
Demokratikmusavat.com xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. Tarzən hazırda özünü yaxşı hiss etdiyini bildirib:
 
"Müalicələrim ev şəraitində davam edir. Həkimlər vəziyyətimin yaxşı olduğunu dedilər. Mənimlə bağlı narahat olan hər kəsə təşəkkür edirəm, evimdəyəm”.
 
Qeyd edək ki, ötən həftə Xalq artisti Ağasəlim Abdullayevin səhhətində problem yaranıb və Yeni Klinikaya yerləşdirilib.
0.14105892181396