Sabunçu Tibb Mərkəzinə müraciət edən 15 yaşlı qızın hamilə olduğu məlum olub. Bu haqda Qafqazinfo məlumat verib.
Müayinə zamanı Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olduğu üzə çıxıb.
Faktla bağlı polisə məlumat göndərilib, araşdırma aparılır. Azərbaycan Cinayət Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.