Masallıda həmyaşıdını ürəyindən bıçaqlayan şəxs hakim qarşısında

 

Masallı rayonunda həmyerlisini bıçaqlamaqda təqsirli bilinərək məhkum olunan Namik Baxşıyev Ali Məhkəməyə şikayət edib.

Demokratikmusavat.com xəbər verir ki, onun şikayətinə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə baxış iclası fevralın 2-nə təyin olunub.

Qeyd edək ki, hadisə Ərkivan qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü qəsəbə sakini Ülvi Namik oğlu Baxşiyev ərazidəki kafelərdən birində həmyerlisi və həmyaşıdı olan Elçin Əlövsət oğlu Cəbrayılov tərəfindən ürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Namik Baxşıyev saxlanılıb.

 

0.12865710258484