Səudiyyə Ərəbistanı portuqaliyalı superulduz futbolçu Kriştiano Ronaldo üçün istisna hal kimi ölkə qadağasını ləğv edib.
Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, hökumət daxili qanunlara görə nikahsız birgə yaşamağa icazə verməsə də, futbolçu və sevgilisi Corcina Rodriges paytaxt Ər-Riyaddakı evlərində uşaqları ilə birlikdə yaşaya biləcəklər.
Buna görə klub rəsmiləri Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizdən xüsusi icazə alıb.