"Valyadolid"in prezidenti Ronaldo İspaniya Primerasının 15-ci turu çərçivəsində baş tutan matçda - "Real Madrid"lə görüşdə klubun azarkeşlərinin davranışına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, əfsanəvi veteran fanatların Madrid təmsilçisinin hücumçusu Vinisius Juniora qarşı irqçilik etməsini sosial şəbəkə hesablarında qınayıb:
"Yolverilməz, utancverici və iyrənc hadisə ilə üzləşdik. Rasistlər bizim klubun bir parçası deyil. Vinisius, səni dəstəkləyir, böyük hörmətimi çatdırıram. Biz məsələnin araşdırılması, günhkarların cəzalanması üçün dövlət orqanları ilə əməkdaşlıq etməyə hazırıq. Belələrinin adları bizim klubla yanaşı çəkilməməlidir".
Xatırladaq ki, "Vlaydolid" azarkeşləri sözügedən matçın 88-ci dəqiqəsində əvəzlənən Vinisiusu fitə basıb, onu "meymun" adlandırıblar.