"Cənubi Koreyanı müdafiə etməkdə qərarlıyıq" - ABŞ

 

“Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə hücumu da daxil olmaqla, Cənubi Koreyanı istənilən zorakılıq aktından müdafiə etməkdə qərarlıdır”.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O, ABŞ və Cənubi Koreya liderlərinin hökumətlərinə ABŞ-ın “genişləndirilmiş çəkindirmə” strategiyasına əsaslanaraq birgə müdafiə hazırlıqlarını daha da artırmağı tapşırdığını vurğulayıb.

"Kambocadakı görüşdən sonra (ABŞ prezidenti) Bayden və Yun öz komandalarına Şimali Koreyanın nüvə silahından istifadə etməsi də daxil olmaqla bir sıra ssenarilərə effektiv və birgə cavab verməyi tapşırdılar”,-deyə sözçü bildirib.

Qeyd edək ki, Şimali Koreyanın 2022-ci ildə əvvəlki illərə nisbətən daha çox raket atması Koreya yarımadası və Şərqi Asiyada gərginliyi artırıb.

Billurə

 

0.48586487770081