Astanaya uçan təyyarə Bakıda təcili eniş etdi

 

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan Demokratikmusavat.com -a bildirilib.

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Göyərtəsində 123 sərnişin olan “Airbus A330” təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

0.13525891304016