Fransa Liqa 1 təmsilçisi “Lion” Deyan Lovreni transfer edib.
Demokratikmusavat.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.
Zaqreb “Dinamo”sunun yetirməsi olan və Xorvatiya millisində də çıxış edən oyunçu daha əvvəl 2010-2013-cü illərdə “Lion”da çıxış edib. Daha sonra “Sauthempton”da bir, ardınca isə “Liverpul”da altı mövsüm keçirən Lovren 2020-ci ildən “Zenit”də çıxış edirdi.
Qeyd edək ki, müdafiəçi Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb.