İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Vladimir İviç karyerasını Rusiyada davam etdirəcək.
"Report" "RB Sport" nəşrinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis "Krasnodar"la 2+1 illik müqavilə imzalayacaq.
Klub yaxın vaxtlarda serbiyalı baş məşqçinin təyinatını rəsmən açıqlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin "Krasnodar"a keçəcəyi gözlənilir.