İsmayıllı sakinini öldürüb meyitini yandıranlar hakim qarşısına çıxacaqlar

 

İsmayıllı rayonu ərazisində 28 mart 2020-ci il tarixində naməlum insan skeletinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda başlanmış və icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək istintaqın davam etdirilməsi Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş naməlum insan skeletinin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib

İbtidai istintaq zamanı Rəşad Məmmədovun müvafiq qurumda istintaq edilən cinayət işi üzrə ifadə verməsinin qarşısını almaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs Elvin Əliyev və Ümidvar İbişov tərəfindən başqa cinayəti gizlətmək məqsədilə öldürülməsi və meyitinin yandırılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ümidvar İbişova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə qəsdən adam öldürmə), 245-ci (meyit üzərində təhqiredici hərəkətlər) və digər maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0.15048718452454