UEFA Rusiyada yarış keçirəcək.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, 2023-cü ilin mayında Volqoqrad şəhərində beynəlxalq inkişaf turniri baş tutacaq.
Bununla bağlı qitə futbol qurumu və Rusiya Futbol Federasiyası arasında razılıq əldə olunub.
Mətbuatın yazdığına görə UEFA-nın belə bir qərar verməsinə səbəb Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulmaq istəməsidir. Məhz bundan sonra qitə futbol qurumu Rusiya ilə münasibətləri istiləşdirməyə çalışır.
Qeyd edək ki, UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bu ölkənin komandalarına qadağalar tətbiq edib. //qafqazinfo