Messinin Qətərdə qaldığı hotel otağı muzey olacaq - Foto

 

Argentina millisinin hücumçusu Lionel Messinin dünya çempionatı zamanı Qətərdə qaldığı hotel otağı muzey olacaq.

Demokratikmusavat.com xəbər verir ki, mundialın ən yaxşı oyunçusunun otağının yerli sakinlər və turistlərin ziyarət edə bilməsi üçün qaldığı formada saxlanması qərara alınıb.

Messi B201 otağında qalıb. Qapıda Argentina rəngləri və “L. Messi" sözləri yer alıb. Mini-muzeyin açılış tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransaya qalib gələrək turnirin qalibi olub.

0.14811301231384