“Əl-Nəsr”in prezidenti Masli Əl-Muamr Kriştianu Ronaldo ilə maraqlandıqlarını təkzib edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, o, bu barədə düşünmədiklərini deyib.
Səudiyyə Ərəbistanı klubunun rəsmisi mətbuatda yazılanları doğru olmadığını bildirib: “Kriştianu Ronaldo? “Əl-Nəsr”in belə bir planı yoxdur. Mətbuatda yazılanların böyük əksəriyyəti doğru deyil”.
Xatırladaq ki, “Əl-Nəsr”in Ronaldoya 2,5 illik müqavilə təklif etdiyi, oyunçunun bu müddətdə yarım milyard avro maaş alacağı yazılırdı.//qafqazinfo