Nazir Ermənistana: “Yaxşı olar ki, nəticə çıxarsınlar”

 

“Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindən danışarkən qeyd etməliyik ki, bu, danışıqlar prosesinə əsaslanır. Amma sülh təklifləri hansısa ictimai məkanda mesaj xətrinə verilməməlidir”. 

Demokratikmusavat.com -ın məlumatına əsasən, bunu keçirdiyi mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistanın baş naziri Azərbaycana sülh təklifləri təqdim edildikdən bir gün sonra parlamentdə çıxış edərək dedi ki, onlar həmin sülh təklifləri əsasında sülh müqaviləsini imzalaya bilər. Sülh danışıqlarında bir günə müqavilə hazırlanmır. Biz də o məntiqlə deyə bilərdik ki, ilk dəfə verdiyimiz təklif dərhal qəbul olunsun və müzakirələrə ehtiyac yoxdur”, - deyə o əlavə edib. 

Nazir bildirib ki, Ermənistan Moskvada nəzərdə tutulan xarici işlər nazirlərinin görüşündən də imtina edib. 

“Biz nəticə əsaslı müzakirələrə, təkliflərə açığıq. Yaxşı olar ki, Ermənistan özü düşünsün və nəticə çıxarsın”, - deyə o əlavə edib. 

0.1800971031189