Levandovski "Qızıl top"a favoritini açıqladı

 
Polşalı hücumçu Robert Levandovski Argentinanın dünya çempionlarının kapitanı Lionel Messinin dünyailin ən yaxşı futbolçusu kimi səkkizinci dəfə "Qızıl top"u qazanacağına əmindir. 
 
Demokratikmusavat.com fanat.az-a istinadla  xəbər verir ki, o, İspaniyanın "Mundo Deportivo" idman qəzetinə açıqlamasında belə deyib:
 
"Ola bilsin ki, Messinin oynadığı klubda başqa namizəd var, ancaq bu mövsüm kimin qalib gələcəyinə yalnız bir dünya çempionatı qərar verir. Bu o deməkdir ki, Leo indi mütləq birinci yerdədir. Çünki mundialın qalibi olub. Bu onun üçün hər şey deməkdir".
 
Levandovski eyni zamanda Kilian Mbappenin də namizəd olmasına işarə vurub. Polşalı ulduz bu il iyulun 15-də "Bayern Münhen"dən "Barselona"ya keçib.
0.20826601982117