Azərbaycanlı blogerin Afrika səyahəti - VİDEO

 

Rusiyada və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov Afrikaya yollanıb.

Demokratikmusavat.com bizim.media-ya istinadən xəbər verir ki, blogerin səyahətinin məqsədi isə əyləncə olub.

Hüseyn şirlərin məskəni olan Savannaya gedib. Orada onları yaxından görən bloger qorxusunu və həyacanını gizlədə bilməyib.

Ağacda oturan leopardın isə ətrafı seyr etməsi Həsənovun marağına səbəb olub. Bununla yanaşı Hüseyn Afrikada olan qəbilələrin birində qonaq olub. Aclıqdan çəkisi az olan bir sıra uşaqları görən bloger onlara pul paylayıb.

Pulu görən uşaqlarların sevincinin həddi-hüdudu olmayıb.

Səyahət boyunca yadda qalan həmin anları Hüseyn Həsənov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

 

0.32396602630615