Deşam Benzemanı millidən təzyiq altında uzaqlaşdırıb - İDDİA

 

Fransa millisinin hücumçusu Kərim Benzemanın Qətərdə keçirilən dünya çempionatında oynamaması ilə bağlı şok iddia səsləndirilib.

Demokratikmusavat.com xəbər verir ki, "Lequipe"nin jurnalisti Roman Molina "Real Madrid"in forvardı və "Qızıl top"un son qalibi ilə bağlı təfərrüatları açıqlayıb.

İddiaya görə, Fransa millisinin baş məşqçisi Didye Deşam zədəyə görə turnirin startını buraxmalı olan, sağaldıqdan sonra isə düşərgədən kənarlaşdırılan Benzema barədə qərarı digər yığma üzvlərinin təzyiqi altında verib. Qərar qəbul edilməzdən əvvəl Benzema, Antuan Qrizmann, Uqo Loris və Pol Poqbanın iştirakı ilə iclas keçirilib. Toplantıda Benzema ilə bağlı qərar verilməsə də, Əlcəzair əsilli futbolçu komanda yoldaşlarının davranışından arzuolunmaz şəxs olduğunu hiss edib. Onun mümkün qayıdışından ən çox narazı olduğu vurğulanan Qrizmann Benzemanın ön plana çıxarılmasından narahat olub. 

Molina bildirib ki, hətta sosial şəbəkələrdə yazılanlarla bağlı bugünlərdə Fransa Futbol Federasiyasında görüş keçirilib. 

Qeyd edək ki, Kərim Benzema DÇ-dən sonra bir daha Fransa millisində oynamayacağına qərar verib.

0.15553593635559