Paralel.az " xəbər verir ki, lider ..."> Paralel.az " xəbər verir ki, lider ...">

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, lider "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər üç qol 2-ci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə Ramil Şeydayev açıb. 82-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir isə görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

0.22597599029541