"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

 

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.

0.17484593391418