Məhkəmə canlı yayımda müxbirin ombasını əlləyən azarkeş barədə qərar verdi - VİDEO 

 

İtalyada futbol oyunu zamanı canlı yayıma çıxan qadın müxbirin ombasını əlləyən şəxslə bağlı məhkəmə qərar verib.

Demokratikmusavat.com “Euronews”a istinadla xəbər verir ki, hadisə bu ilin noyabrında baş verib. 

Belə ki, azarkeşlərdən biri “Carlo Castellani” stadionunda yerli komandalar arasındakı qarşılaşma barədə canlı yayıma çıxan müxbirin ombasına toxunub. Sözügedən hadisənin müzakirələrə səbəb olmasından sonra məhkəmə həmin şəxs barəsində qərar çıxarıb. Qərara əsasən, məhkəmə azarkeşə cinsi təcavüzə görə 18 aylıq şərti həbs cəzası verib. 

Qeyd edək ki, İtalya Futbol Federasiyası da sözügedən görüntüləri qınayan bəyanat yaymışdı.

Günay

0.33698201179504