Cari ilin ilk 11 ayında 97 817 şəhid ailə üzvləri, müharibədə xəsarət alan şəxslər və müharibə iştirakçıları Dövlət Məşğulluq Agentliyinin xidmətlərinə cəlb olunub.
Demokratikmusavat.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 418 şəhid ailə üzvü xidmətdən imtina edib:
3078 nəfər müharibədə xəsarət alan, 461 meharibə iştirakçısı bu xidmətdən imtina edib. Ümumilikdə isə bu kateqoriyalardan 3957 nəfər bu xidmətdən imtina edib", - deyə agentlik sədri əlavə edib.