AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusunu cəzalandırıb.
Demokratikmusavat.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Təmkin Xəlilzadə və Hacıağa Hacılı bir oyunluq diskvalifikasiya olunublar.
Buna hər iki oyunçunun "Neftçi"yə əlavə vaxtda 1:3 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun sonlarında ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. Onların hər ikisi üçün ayrı-ayrılıqda 200 manat ödəyəcəklər.
"Neftçi" isə 800 manat məbləğində ziyana düşüb. Həmin qarşılaşmada "ağ-qaralar"ın 6 oyunçusunun sarı vərəqə alıb.
"Qəbələ" klubu da eyni məbləğdə cərimələnib. "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri cavab matçında "qırmızı-qaralar"ın 4 oyunçusuna sarı vərəqə göstərilib.