Zelenskinin komandası sülh planını bu tarixdə təqdim edə bilər

 

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını yekunlaşdırır və onu 2023-cü ilin fevralında təqdim etməyi planlaşdırır”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu “The Wall Street Journal” nəşri yazıb.

Qəzetin mənbələrinə görə, Ukrayna hakimiyyəti bunu fevralın 24-də hərbi əməliyyatların başlanmasının ildönümündə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş də Ukraynada effektiv sülh danışıqlarının yaxın gələcəkdə baş tutacağı ehtimalı olduğunu bildirmişdi.

0.14078497886658