Blinken Birgə Hərtərəfli Fəaliyyət Planının gələcəyindən danışdı

 

İranla Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına dair razılaşmanın pozulması mümkündür.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Eyni zamanda o əlavə edib ki, bu halda diplomatik həll üsuluna üstünlük verilir.

Bundan əvvəl xəbər verilmişdi ki, İran hakimiyyəti İranın nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə getmək niyyətində deyil. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani  deyib.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, Qərb ölkələri də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlarda maraqlıdır, ona görə də Tehran yalnız güclü mövqedən danışmağa hazırdır.

ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malley deyib ki, Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə JCPOA üzrə danışıqları bərpa etməkdənsə, İranın Rusiyaya iddia edilən silah satışına diqqət yetirir.

Elvin

Demokratikmusavat.com

0.14878606796265